waplog

2020-ci ilədək Qərbi Avropa “OTT TV”-dən 13,72 milyard dollar qazanacaq


“Digital TV Research” analitiklərinin proqnozuna əsasən, 2020-ci ilədək Qərbi Avropada (15 ölkə üçün)  “OTT TV” (over-the-top content) və videodan əldə ediləcək  gəlir 13,72 milyard dollara yaxınlaşacaq.


Analitiklər bildirir ki, 2010-cu ildə bu göstərici 894 milyon dollar səviyyəsində olub və 2015-ci ilin nəticəsinə görə 6,34 milyard dollar təşkil edəcək. Məlumat üçün bildirək ki, “OTT TV”  bir çox sistem operatorunun iştirakı olmadan internet üzərindən audio, video və digər media kontentinin çatdırılması sistemidir.
 
"ICTnews" elektron xəbər xidməti “digitaltvresearch.com” saytına istinadən bildirir ki, 2014-dən 2020-ci ilədək Avropanın “OTT” oyunçularının əlavə olaraq qazanacaqları 9 milyard dolların 2,15 milyardı Böyük Britaniya, 1.6 milyardı Almaniya, 1.19 milyardı Fransa və 1.12 milyardı İtaliyanın payına düşəcək.





 


“Digital TV Research”in qiymətləndirməsinə görə, bu region üçün proqnozlaşdırılan dövrdə “SVOD” modeli ən gəlirli olacaq. 2020-ci ilədək abunə üzrə “OTT” xidmətlərdən gəlir 6,485 milyard dollar təşkil edəcək.
 
"Bizim proqnozumuza əsasən, 2020-ci ilədək Qərbi Avropada 55,66 milyon “SVOD” ev təsərrüfatı olacaq, halbuki 2010-cu ildə bu göstərici 1,66 milyon olub və cari ilin sonunadək təqribən 15,29 milyon olacaq" –  “Digital TV Research”in baş analitiki Saymon Mürrey bildirib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL