waplog

Dövlət Komitəsinin “Elektron hökumət” portalındakı bütün e-xidmətləri biznes sahələri üçün nəzərdə tutulub


Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalı vasitəsilə təqdim etdiyi 6 elektron xidmət birbaşa biznes sahələri üçün nəzərdə tutulub.
 
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bu e-xidmətlər “Gömrük ödənişləri”, “Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması”, “Malın adına görə malların təsvirin axtarışı”, “Malın koduna görə malların təsvirin axtarışı”, “Mənim idxal/ixrac əməliyyatlarım” və “Nəqliyyatın idxalı üçün gömrük rüsumların hesablanması” xidmətləridir.
 
Qeyd edək ki, “Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər yeni biznes sahələrinin yaranmasında və inkişafında böyük əhəmiyyətə malikdir. Portalda biznes sahiblərinin ixtiyarına verilən müxtəlif dövlət qurumlarına məxsus elektron xidmətlərin çeşidi genişdir.

CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL