waplog

Neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyaları tədqiq edilib


Neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyaları tədqiq edilib. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ)13 saylı şöbəsinin müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev məlumat verib.
 

İTİ-dən qeyd edilib ki, sözügedən şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində 11 mövzu üzrə tədqiqat işləri aparılıb.

 
Belə ki, sorğu əsasında mətnlərin avtomatik referatlaşdırılması və referatların avtomatik qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilib, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsasları araşdırılıb, böyük həcmli verilənlərin intellektual analizi üçün metod və alqoritmlər işlənilib.
 

R. Alıquliyev Malaya Universiteti (Malayziya) ilə elmi əməkdaşlıq əlaqələri çərçivəsində 4 məqalənin hazırlandığını və bu əlaqələrin uğurla davam etdirildiyini, Avstraliya Federasiya Universiteti ilə elmi əməkdaşlığa başlandığını vurğulayıb.

 
İmpakt faktorlu jurnallarda 4, beynəlxalq bazalarda (SCOPUS, DBLP və s.) indeksləşən jurnallarda 4 məqalənin çap olunduğunu nəzərə çatdıran R.Alıquliyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti, beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər elmi tədbirlərdə iştirakı və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL