waplog

Avropa Parlamenti müəlliflik hüququ haqqında qanunun tətbiqinə dair məruzəni təsdiq edib


Avropa Parlamenti Avropa İttifaqında (Aİ) müəlliflik hüququ haqqında qanunun tətbiqinə dair məruzəni təsdiq edib.

Məruzədə qeyd olunur ki, istehlakçılar internetdə tez-tez onların hazırda hansı ölkədə olmasından asılı olaraq materiallardan istifadəyə qadağa qoyulması ilə üzləşirlər. Parlament Avropa Komissiyasından xarici şəbəkə servislərindən istifadə ilə bağlı problemin adekvat həllini taparaq ərazi lisenziyalarının vacibliyini, xüsusilə televiziya və kinonu nəzərə almağı tələb edir.
 
Bu il Avropa Komissiyası tərəfindən müəlliflik hüququ haqqında qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin təqdim olunması gözlənilir. Avropa Parlamentinin qətnaməsinin yerinə yetirilməsi mütləq deyil. 
 
Parlament məruzəyə iki mübahisəli düzəlişi qəbul etməyib. Almaniya nümayəndələri tərəfindən təklif edilən düzəlişlərdən biri qəzet nəşrləri üçün əlavə hüquqları nəzərdə tutub. Digər düzəlişdə ictimai binaların və abidələrin şəkillərindən istifadə hüququnun məhdudlaşdırılması tövsiyə olunub, - "Computerworld” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL