waplog

Əməli yaddaşa malik olmayan serverlər yaradılıb


Tədqiqatçılar əməli yaddaşa malik olmayan serverlərdən şəbəkə yaradıblar. Əməli yaddaş funksiyasını “SSD” daşıyıcılar icra edir. Layihənin müəllifləri iddia edir ki, bir sıra sahələrdə belə sistemin tətbiqi standart arxitekturaya malik serverlərlə müqayisədə daha ucuz və səmərəlidir.
 
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Massaçusets Texnologiya İnstitutunda (MTİ) çalışan tədqiqatçıların yaratdığı serverdə əməli yaddaş əvəzinə fləş yaddaş istifadə olunur.
 
 
Məlumatlar emal edildikdə əməli yaddaşda (DRAM) saxlanılır. Disklə müqayisədə prosessor məlumatları əməli yaddaşa min dəfə daha sürətli yaza və oxuya bilir. Amma böyük məlumatlar erasında hətta ən güclü serverlərdə əməli yaddaş kifayət etmir.
 
Buna görə MTİ-nin mühəndislərinin təklif etdiyi server konstruksiyasında prosessor disk daşıyıcısı ilə əlaqə saxlayır. Əməli yaddaş qurğusu nəzərdə tutulmayıb.
 
 
Fləş-yaddaşın üstünlükləri

Fləş-yaddaş 10 dəfə daha ucuzdur və əməli yaddaşla müqayisədə elektrik enerjisinin istehlakı baxımından daha səmərəlidir. Amma eyni zamanda 10 dəfə daha zəif işləyir. Tədqiqatçılar bildirir ki, onlar bu problemi xüsusi alqoritmlərin köməyi ilə həll ediblər.
 
Tədqiqatçılar yeni texnologiyanın səmərəliliyini sübut ediblər.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL