waplog

Dövlət Xidmətinin 4 elektron xidmətinin inzibati reqlamentləri təsdiqlənib


Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 4 elektron xidmətinin inzibati reqlamentlərini təsdiqləyib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, xidmətin kollegiyası elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə qərar qəbul edib.
 
Qərar  “Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu” elektron xidmətlərini əhatə edib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL