waplog

“Elektron resurs cəmiyyətin bütün təbəqələrinin daha yaxşı və məlumatlı maliyyə qərarları qəbul etməsinə imkan verəcək”


Azərbaycanda maliyyə savadlılığına həsr edilən “Elektron Portal” hazırlanıb.
 
 Bu barədə jurnalistlərə Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin direktoru Vüqar Əhmədov məlumat verib.
 
O bildirib ki, sözügedən portal MB tərəfindən həyata keçirilən təşviqat tədbirlərində istifadə edilən materiallar əsasında hazırlanıb.
 
V.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyinin iştirakı və Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və Azərbaycan təşkilatlarının dəstəyi ilə ümumtəhsil məktəblərində müəllim və şagird heyəti arasında “Həyat Bilgisi və Maliyyə Savadlılığı” və “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqə keçirilib və hər iki müsabiqə Həyat Bilgisi fənni üzrə elektron təhsil resurslarının işlənib hazırlanmasına və şagirdlərə yığım və qənaətcillik mədəniyyətinin dərindən aşılanmasına yönəldilib.
 
 Onun sözlərinə görə, bu məlumatların da daxil edildiyi portal geniş əhali arasında maliyyə savadlılığının artırılması, istehlakçıların rasional maliyyə davranışlarının inkişaf etdirilməsi, həmçinin yığım mədəniyyətinin aşılanmasına imkan verir:
 
“Portalda iqtisadiyyat və maliyyə sahəsindən müxtəlif maarifləndirici materiallar, bank xidmətlərinə dair məlumatlar və Mərkəzi Bankın əsas funksiyaları haqqında izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, sual-cavab rubrikası, məktəblilər üçün canlı tapmacalar, həmçinin virtual muzey yer almışdır. Hazırda portalda e-təhsil, maliyyə savadlılığı üzrə infoteymentlər, e-muzey, e-jurnal, müxtəlif iqtisadi kalkulyatorlar və multimedia xarakterli dərs vəsaitlərinin hazırlanması üçün studiya və s. kimi məhsullar mövcuddur. Hazırlanmış bu məhsullar əhalinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulmuşdur”. 
 
 
V.Əhmədov bildirib ki, sözügedən portalın iqtisadiyyat və maliyyə sahəsi üzrə ətraflı məlumata və texniki cəhətdən rahat istifadə imkanlarına malikdir. Bu baxımdan yaradılmış elektron resurs cəmiyyətin bütün təbəqələrinin daha yaxşı və məlumatlı maliyyə qərarları qəbul etməsinə imkan verəcəkdir”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL