waplog

E-xidmətlər sığorta sahəsinin genişlənməsinə müsbət təsir edib


Azərbaycanda sığorta sistemində proseslərin avtomatlaşdırılması, bir neçə sığorta əməliyyatının onlayn müstəviyə çıxardılması və sığorta barəsində məlumatların rəsmi qurumların internet ünvanlarında yerləşdirilməsi sığorta fəaliyyətini genişləndirib. İnternet istifadəçilərinin çoxalması əhali arasında onlayn sığorta mədəniyyətinin də genişlənməsinə səbəb olub.
 
 
“ICTnews.az” bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti əhalidə bu sahəyə marağı artırıb.
 
Fondun sədri Elman Mehdiyev bu sahədə jurnalistlərə açıqlama verərkən qeyd edib ki, cari ilin I yarısında sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi uğurla aparılıb.
 
Onun sözlərinə görə, bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL