waplog

Yaponiyada dünyanın ən güclü lazeri yaradılıb


Yaponiyanın Osaka Universitetinin tədqiqatçılar qrupu dünyanın ən güclü lazerini yaratmağa nail olub. Lazerin buraxdığı şüanın gücü 2 petavatt təşkil edir. “LFEX” (Laser for Fast Ignition Experiments) adlandırılan qurğunun uzunluğu 92 metrə çatır.
 
Lazerin güclü olmasına baxmayaraq iş üçün enerjidən az istifadə edir. Qurğu bir neçə yüz couldan istifadə edir ki, bu da mikrodalğalı sobanın istifadə etdiyi enerjiyə bərabərdir. Lakin böyük gücə qurğunun generasiyasının az müddətli olması sayəsində nail olunur. Güc dedikdə, müəyyən müddət ərzində enerjinin sərf edilməsi başa düşülür. Təqdim olunan lazer yalnız 2 pikosaniyə ərzində davam edən şüanı generasiya edir və bu səbəbdən çıxış gücü də çox olur. Buna lazer axınının sürətləndiricisi qismində işləyən şüşə lampalar sayəsində nail olunur.
 
Yaponiya alimləri nailiyyətləri ilə kifayətlənməyərək gələcəkdə 10 petavatt gücündə lazer yaratmağı düşünürlər, - "CNews”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL