waplog

Yaponiya şirkətinin rəsmi internet mağazasının fəaliyyəti dayandırılır


Yaponiyanın “Sony” şirkəti istehlak elektronikası, o cümlədən televizor, rəqəmli videokamera, mobil telefon, planşet və oyun konsollarını satdığı rəsmi internet mağazasını bağlayır.

“Sony Online Store” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, mağaza 28 avqust 2015-ci ildən etibarən sifarişlərin qəbulunu dayandıracaq. Hədiyyəli kartlara sahib portal istifadəçilərinə onları yaxın vaxtlarda aktivləşdirmək tövsiyə olunur. Bu, həmçinin malı geri qaytarmağa hazırlaşan istifadəçilərə şamil edilir.

“Sony Online Store” saytının bağlanmasına baxmayaraq Yaponiya istehsalçısı elektronikanın onlayn satışını dayandırmaq niyyətində deyil. Belə ki, şirkət məhsulu avtorizə edilmiş pərakəndə satış şirkətlərinin təklif edəcəyi yeni mağaza istifadəyə verəcəyini bildirib. Portalın istifadəyə verilmə müddəti, o cümlədən layihə haqqında ətraflı məlumat verilmir, - "3DNews”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL