waplog

CEMA regionunda əşyaların interneti bazarının həcmi 22 faiz yüksələcək


Bütün dünyada, həmçinin “CEMA” regionunda əşyaların interneti bazarının (“Internet of Things”, “IoT”) həcmi artır.
 
“IDC” analitiklərinin proqnozuna görə, 2015-ci ildə Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində “IoT” həllər bazarının həcmi ötən illə müqayisədə 22 faiz artaraq 14 milyard dollar təşkil edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IDC”nin analitikləri "əşyaların interneti" adı altında bir çox eynimənalı identifikasiya olunan predmetdən ibarət şəbəkələr massivini nəzərdə tutur ki, lokal və ya qlobal səviyyədə bir-biri ilə “IP” şəbəkə üzrə  müstəqil qarşılıqlı əlaqədə ola bilərlər. “IoT” ekosistemi şəbəkə avadanlığı, “ağıllı” sistemlər, rabitə xidmətləri, məlumatların inteqrasiyası texnologiyaları və müxtəlif proqram təminatını özündə birləşdirir.
 
Adı çəkilən tədqiqat şirkətinin analitikləri hesab edirlər ki, 2018-ci ildə Mərkəzi və Şərqi Avropa dövlətlərində yük daşınmaları monitorinqi texnologiyaları “IoT” bazarının ən böyük seqmenti olacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL