waplog

Daha 3 dövlət qurumu informasiya sistemləri ilə bağlı anket sorğusunu cavablandırıb


Daha 3 dövlət qurumu informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandırıb.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin sentyabr ayından dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqini keçirmək niyyətindədir.


Bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədi ilə mərkəz tərəfindən mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq 36 dövlət qurumuna göndərilib.

 
Artıq informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandıran dövlət qurumlarının sayı 23-ə çatıb.
 
 
Anket sorğusunu son cavablandıran qurumlar Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi və Satınalmalar üzrə Dövlət Agentliyi olub.
 
 
Buna qədər  anket sorğusunu cavablandıran qurumlar sırasında Fövqəladə Hallar, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə Sənayesi nazirlikləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş, Şəhərsalma və Arxitektura, Əmlak Məsələləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri, Dövlət Miqrasiya Xidməti,  “Azərsu” ASC və “Azərenerji” ASC yer alıb.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL