waplog

“Apple” 9 sentyabrda yeni “iPhone” smartfonunu təqdim edəcək


Növbəti nəsil “iPhone” smartfonu “Force Touch” ekranı, “A9” prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz ediləcək.
 
“BuzzFeed News” öz mənbələrinə istinadən yazır ki, “Apple” şirkəti sentyabrın ikinci həftəsində keçirəcəyi mətbuat konfransında “iPhone” smartfonunun yeni versiyasını və “Apple TV” təqdim edəcək.
 
İnternet nəşri xatırladır ki, ötən il tədbir, həmçinin 9 sentyabr tarixində keçirilib.
 
"ICTnews" elektron xəbər xidməti “interfax.ru” saytına istinadən bildirir ki, hələ ki “Apple” şirkəti bu informasiyanı rəsmi təsdiq və ya təkzib etməyib.
 
“Apple”ın fəaliyyətini izləyən başqa nəşr bildirib ki, “BuzzFeed” adətən öz proqnozlarında səhv etmir.
 
“Apple”, həmçinin “iPad” planşet kompüterinin yeni modelini təqdim edə bilər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL