waplog

“TASİM” layihəsi “Türkmentel-2015” sərgi-konfransında geniş təqdim olunacaq


Azərbaycan sentyabrın 16-18-də Aşqabadda keçiriləcək "Türkmentel-2015" 9-cu beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradioavadanlığı sərgi-konfransında təmsil olunacaq.
 
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Trans-Asiya Superinformasiya Magistralının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Zaur Həsənov layihənin Asiya ilə Avropa arasında beynəlxalq telekommunikasiya trafikinin ötürülməsi, rəqəmsal fərqin qarşısının alınmasında rolu və bu marşrutun üstünlükləri haqda  məruzə ilə çıxış edəcək.
 
Tədbirdə dünyanın 20 ölkəsindən 100 şirkətin iştirakı gözlənilir.
 
Sərgi və konfransda texnoparklar, ağıllı ev, biznes kommunikasiyalar, elektron hökumət ilə bağlı mövzularda nümayişlər və təqdimatlar iştirakçıların diqqətinə çatdırılacaq.
 
Aynur Vəliyeva 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL