waplog

Teleqüllədə yeni monitorinq sistemi quraşdırılıb


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Teleqüllədə “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sisteminə nəzarəti gücləndirib.
 
 
“Teleradio”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu məqsədlə artıq yeni monitorinq sistemi quraşdırılıb, istismara verilib.
 
Bununla da Bakı Teleqüllə Kompleksinin istənilən nöqtəsində baş verəcək yanğın hadisəsini gözlə təyin etmək və qarşısını dərhal almaq mümkün olacaq. Sistemə nəzarət “Teleradio” İB-nin işçiləri tərəfindən 24 saatlıq növbəli iş rejimində həyata keçirilir.   
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL