waplog

Dünya tədqiqatçılarının ən son nailiyyətləri gələn il Avropa simpoziumunda nümayiş olunacaq


Sloveniyanın Portoroje şəhərində 2016-cı il iyunun 12-15-də “Avtomatlaşdırılmış Kompüter Mühəndisliyi Sistemləri”  mövzusunda 26-cı Avropa simpoziumu keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə dünyanın müxtəlif ölkələrinin akademik dairələrindən 300-dən çox mütəxəssisin iştirakı gözlənilir.

Simpoziumun iştirakçıları  “Avtomatlaşdırılmış Kompüter Mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”  sahələrində həyata keçirdikləri ən müasir tədqiqatların nəticələrini nümayiş edəcəklər. 
 
Tədbir çərçivəsində həmçinin müasir cihazların, proqram təminatlarının, aksessuarların və simpozium mövzularına uyğun ədəbiyyatın nümayişi nəzərdə tutulub.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL