waplog

Yaponlar mobil ödənişlərə etibar etmir


"Neo Marketing"in məlumatına görə, mobil alış-veriş dövrünün populyarlaşmasına baxmayaraq, mobil qurğular vasitəsilə alış-veriş hələ Yaponiya sakinləri arasında bir o qədər populyar deyil.
 

"ICTnews" elektron xəbər xidməti "payspacemagazine.com" saytına istinadən bildirir ki, yaponlar elektron ödənişlərin həyata keçirilməsində smartfon və planşetlərdən deyil, kompüterlərdən istifadəyə üstünlük verirlər. Yapon elektron ticarətinin qabaqcıl bazarına baxmayaraq, mobil ödənişlərdən imtinanın səbəblərindən biri istifadəçilərin təhlükəsizliklə bağlı narahatçılığıdır.

 
Respondentlərin hər 10-dan 6-sı bildirib ki, onlar qurğudan asılı olaraq elektron ödənişlərin həyata keçirilməsindən narahatçılıq keçirirlər. Bu halda rəyi soruşulanların 13 faizi rəqəmli ödənişlərə etibar etmir.
 
İstifadəçilərin əksəriyyəti (82,6 faiz) fərdi informasiyasının təhlükəsizliyindən narahatdır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL