waplog

“Apple” şirkəti öz televiziya xidmətinin işə salınmasını 2016-cı ilə keçirib


“Bloomberg” agentliyi yazır ki, ABŞ-ın “Apple” şirkəti internet televiziya xidmətini işə salmaq planlarını 2016-cı ilə keçirib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, “Apple” korporasiyası internet üzərindən işləyən televiziya xidmətini 9 sentyabrda San-Fransiskoda təqdim etməyi planlaşdırırdı, ancaq “CBS”, “Fox” və “NBC” televiziya şirkətlərindən yayım lisenziyasının alınması prosesi gözlənildiyindən daha çox çəkib.

Bundan başqa, agentliyin mənbələrinin məlumatına görə, "alma nəhəngi" ABŞ ərazisində sözügedən xidmətin sabit işinin təmini üçün kifayət qədər güclü kompüter şəbəkəsinə malik deyil.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL