waplog

Ölkəmizdə mobil genişzolaqlı internetin artım tempi yüksəkdir


Mobil internet mobil xidmətlərin mühüm hissəsini təşkil edir. Qlobal miqyasda mobil internetin yüksək sürətlə yayılması  bu xidmətin cəlbedici və səmərəli olduğunu göstərir. Ölkəmizdə də mobil genişzolaqlı internetin artım tempi yüksəkdir.
 
Hazırda Azərbaycanda mobil abunəçi bazasının 44,1 faizi mobil genişzolaqlı internet xidmətlərindən istifadə edir. Bu haqda məlumat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-2014” adlı illik hesabatda yer alıb.
 
 Hesabatda qeyd edilib ki, 2013-cü ildən Mobil Cihazların Qeydiyyatı Sisteminin, 2014-cü ildən isə mobil nömrə daşınması xidmətinin tətbiqi bu sektorda mobil cihazların təhlükəsiz istifadəsinə, rəqabətin güclənməsinə və xidmət qiymətlərinin azalmasına müsbət təsir göstərib.  
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL