waplog

Prezidentin Sərəncamının icrası məqsədi ilə daha bir e-xidmətin inzibati reqlamentində dəyişikliklər olunub


Daha bir elektron xidmətin inzibati reqlamentində dəyişikliklər edildi.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
 
İnzibati reqlamentin 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərinin doqquzuncu abzaslarında “Bakı şəhəri Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə, on birinci abzaslarında isə “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz edilib.
 
Dəyişikliklər “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə olunub.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL