waplog

Vergilər Nazirliyi İSO/İEC 27001:2013 sertifikatına layiq görülüb


Azərbaycan Vergilər Nazirliyi informasiya təhlükəsizliyi sahəsində yüksəksəviyyəli İSO/İEC 27001:2013 uyğunluq sertifikatına layiq görülüb.
 
Nazirliyin mətbuat xidmətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən,
Vergilər Nazirliyi informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi məqsədilə ən yüksək beynəlxalq standartın - İSO/İEC 27001:2013 "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri" beynəlxalq standartının tətbiqi ilə bağlı ötən ilin sonlarından başlayaraq aparılmış gərgin və böyük həcmli işlərin nəticəsi olaraq, Vergilər Nazirliyi bu beynəlxalq standartın alınması ilə bağlı sertifikasiyanı keçib və  bu ilin avqustun 10-da 3 il müddətinə müvafiq sertifikata layiq görülüb.
 
Vergilər Nazirliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yanında "AzStandartİNFORM" MMC arasında ötən ilin dekabrında bağlanmış satınalma müqaviləsinə uyğun olaraq, İSO/İEC 27001:2013 "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri" standartının tətbiqi üzrə Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) mütəxəssislərinin iştirakı ilə nazirliyin müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərinə təlimlər keçirilib.
 
Treninqlərdə iştirakçılar informasiya təhlükəsizliyinin idarə edilməsinin forma və metodları, sənədləşmə qaydaları, informasiya təhlükəsizliyinin təmini səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə daxili auditin keçirilməsi qaydalarını mənimsəyiblər.
 
Beynəlxalq standartın tələblərinə uyğun olaraq bu ilin fevralından başlayaraq aidiyyəti sənədlərin hazırlanmasına başlanılıb. Bu məqsədlə ekspertlər tərəfindən Plan - "İSO/İEC 27001 standartı üzrə "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri"nin işlənib hazırlanması və tətbiqi üçün texniki tapşırıq"ın layihəsi və 31 sayda normativ sənəd hazırlanıb.
 
Hazırlanmış layihələrdə informasiya təhlükəsizliyinin idarə olunması prosesində iştirak edən şəxslərin hüquq və vəzifələri, onlara dair tələblər, habelə bu tələb və qaydaların həyata keçirilməsi mexanizmləri daha da təkmilləşdirilib ki, bu da Vergilər Nazirliyində informasiya təhlükəsizliyi üzrə idarəetmə və nəzarət mexanizmlərinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edəcək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL