waplog

Azərbaycanın naqilli kabel televiziyası operatorları “Ethernet”ə keçirlər


Azərbaycan kabel televiziyası operatorları yaxın zamanda tam olaraq internet xidmətlərini Ethernet texnologiyası üzərindən göstərməyə başlayacaqlar.
 
Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı direktoru Əli Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda artıq yerli kabel TV xidmətləri bazarında bir neçə operator, o cümlədən KATV1, “Aile” TV, “CityNet” operatorları, Ethernet üzərindən internet və TV xidmətlərinin göstərilməsinə başlayıblar.
 
“Yaxın gələcəkdə, naqilsiz televiziya xidmətləri tədarükçülərini çıxmaqla, bütün kabel televiziya xidmətləri operatorları Ethernet üzərindən xidmətlərini göstərəcəklər, çünki bu texnologiya onlara minimum 5 Mbit/s sabit internet sürəti ilə xidmət göstərməyə imkan verir. İstifadəçilər bu imkanlardan yararlanaraq yüksək keyfiyyətli internetdən istifadə edərək video və televiziya kontentini yükləmək imkanı əldə edəcəklər”, - deyə Ə. Əliyev bildirib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL