waplog

Avstraliya universiteti diplom əvəzinə sertifikat verəcək


Ötən ilin yanvarında Avstraliyanın Diken Universiteti nəzdində mütəxəssislərin universitetdə tədris proqramlarına və dövlət ixtisas tələblərinə uyğun sertifikatlaşdırılması ilə məşğul olan "DeakinDigital" bölməsi yaradılıb. 2016-cı ildən etibarən universitetdə ən az bir tədris kursu keçən "DeakinDigital" sertifikat sahiblərinə informasiya texnologiyaları sahəsində (İT) magistr diplomu veriləcək. Bu, dünyada ilk belə oxşar eksperimentdir.
 
"Credly" şirkəti ilə imzalanan saziş "DeakinDigital" sertifikat sahiblərinə onları sosial şəbəkə səhifələrində, saytlarında və ya işəgötürənlərə göndərilən "CV"-lərdə elektron şəkildə nümayiş etdirməyə imkan verir. "Credly" sistemi diplomların həqiqiliyini təsdiq edir.
 
"DeakinDigital" direktoru Ellin Redfordun sözlərinə görə, tədrisi uğurla başa vurmağı bildirən şəhadətnamələr öz-özlüyündə karyera üçün valyutaya çevrilib. Şirkət nümayəndələrinin fikrincə, tərəfdaşlıq "DeakinDigital" sertifikatlarına mütəxəssislərin ixtisas dərəcəsinin təsdiqi üçün ən etibarlı vasitələrdən biri olmağa kömək edəcək, - "Computerworld " yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL