waplog

256 QB-lıq daxili yaddaşa malik smartfon təqdim edilib


Tayvanın “ASUS” şirkəti 256 QB daxili yaddaşla təchiz edilmiş “ZenFone 2” smartfonunun yeni versiyasını təqdim edib.
 
“ICTnews.az” saytı “tech.onliner.by” saytına istinadən xəbər verir ki, cihazın başqa xüsusiyyətləri dəyişməyib. Smartfon əvvəlki kimi “Full HD” təsvir ölçülü 5,5 düymlük ekran, 64 bitlik “Intel Atom Z3580” prosessoru, 4 QB əməli yaddaş, 13 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
 
“ZenFone 2 Deluxe Special Edition” hələ ki yalnız Braziliyada satışa çıxarılacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL