waplog

“Elektron hökumət” portalının mobil tətbiqi yaxın zamanlarda təqdim olunacaq


“Elektron hökumət” portalının daha yeni dizaynı və mobil tətbiqi - “e-Gov mobile” üzrə işlər davam etdirilir.
 
Daha təkmil variant, zövqlü dizayn və interfeysə malik portal yaxın zamanlarda istifadəçilərin ixtiyarına veriləcək.
 
Portal funksionallığına görə xeyli üstünlüklərə malik olacaq.
 
Qeyd edək ki, “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.
 
Əsas məqsəd dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Bu məqsədə nail olmağın əsas vasitələri dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsidir.
 
“Elektron hökumət”in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, etibarlı, şəffaf, rahatlıq kimi əsas üstünlükləri var.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL