waplog

Azərbaycan şirkəti Kiyevdə keçiriləcək Davos Kommunikasiya Forumunun tərəfdaşıdır


Sentyabrın 4-də "AGAMA communications group" və GROU agentliyinin birgə təşkilatçılığı ilə Kiyevdə Davos Kommunikasiya Forumu ("WCFDavos Kyiv 2015") keçiriləcək.
 
"WCFDavos Kyiv" forumun ikinci illik iclası  "Yeni kommunikasiyalar: ölkə, biznes, mətbuat və cəmiyyət" mövzusunu əhatə edəcək.
 
"Kommunikasiyalar ölkə hökuməti, dövlət, biznes dairələri, həmçinin müxtəlif cəmiyyət qrupları arasında qarşılıqlı anlaşmanı necə inkişaf etdirir?"; "Məhsuldar dialoq üçün əsas element nədir?"; "Texnoloji inkişaf, sosial və digər müasir dəyişikliklər kommunikasiyaya necə təsir edir?" mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.
 
Kiyevdə keçiriləcək "WCFDavos" forumunda dövlət institutları, biznes-şirkətlər, QHT və media rəhbərləri, həmçinin kommunikasiyalar sahəsinin peşəkarları bu sahədə qlobal ideyalar və çağırışları müzakirə etmək üçün Ukrayna və digər xarici ekspertlərlə görüşəcəklər.
Forumun gündəliyi 5 əsas sessiyadan ibarətdir:
 
 
 
Azərbaycanın "RED Communications" PR Agentliyi tədbirin rəsmi tərəfdaşı qismində çıxış edir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL