waplog

Azərbaycanın işgüzar dairələri Rusiyada keçiriləcək XIX İnnovasiya Forumuna dəvət olunurlar


7-9 oktyabr 2015-ci il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində XIX Beynəlxalq Sankt-Peterburq İnnovasiya Forumu keçiriləcək. Sankt-Peterburq şəhərinin Hökuməti Azərbaycanın işgüzar dairələrini tədbirdə iştiraka dəvət edir.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, forum “Rusiya Sənayeçisi” adlı sərgi ilə birgə keçirilir.
 
Sərgidə fəaliyyət göstərəcək bölmələrdən biri robototexnika ilə bağlıdır. Bu bölmədə xüsusən sənaye robot texnikası, proseslərin avtomatlaşdırılması: maşınqayırma, neft-qaz sənayesi, tikinti, nəqliyyatda robototexnikadan istifadə, robot texnikası vasitələrinin komponentləri, xüsusi təyinatlı ekstremal şəraitlərdə robot texnikasından istifadə, robototexnika sosial sahədə və məişətdə kimi istiqamətlər diqqət mərkəzində olacaq.
 
 
Digər bölmələrə lazer avadanlığı və texnologiyalar; innovasiyalar və texnologiyalar; sənaye işıq texnikası və s. daxildir. Forumun iştirakçıları iri biznesin nümayəndələri, investorlar və mütəxəssislərlə görüşmək imkanı əldə edəcəklər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL