waplog

Gənclər “İnnovasiya və texnologiyaların sülhə töhfələri” mövzusunu qlobal məkanda müzakirə ediblər


Avqust ayında İordaniya Haşəmi Krallığının paytaxtı Amman şəhərinə toplaşan gənclər  “İnnovasiya və texnologiyaların sülhə töhfələri” mövzusunu qlobal məkanda müzakirə ediblər.

Müzakirələr Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumunda baş tutub. Qlobal Forumda Azərbaycanı Gənclər və İdman Nazirliyi, BMT İnkişaf Proqramı, Prezident yanında Gənclər Fondu, və ATGTİ nümayəndələri təmsil ediblər.
 
BMT-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, sözügedən mövzu ilə yanaşı, iki gün ərzində “Gənclər, təhlükəsizlik və sülhün hazırkı vəziyyəti”, “Qarşıya çıxan çətinliklər və onların həlli yolları”, “İnkişafın düzgün monitorinqi və qiymətləndirilməsi”, “Gənclərin beynəlxalq sülh üçün atdığı və ata biləcəyi addımlar” və s. kimi müxtəlif mövzuları əhatə edən müzakirələr aparılıb. Forumun bağlanış mərasimində “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Amman Gənclər Bəyannaməsi” qəbul olunub. Bəyannamə BMT Təhlükəsizlik Şurasının payızda keçiriləcək sessiyasına İordaniya nümayəndəliyi tərəfindən təqdim ediləcək.
 
 
Qeyd edək ki, 2014-cü ildə Bakıda keçirilmiş Gənclər Siyasəti üzrə I Qlobal Forumundan sonra dünyada gənclər siyasəti mövzusunda nəzərəçarpan qlobal fəallıq müşahidə edilməkdədir. Məhz bu səbəbdən Azərbaycan nümayəndə heyəti tədbirdə iştirakı ilə ölkəmizin gənclər siyasəti sahəsində malik olduğu 20 illik təcrübəni digər BMT üzv ölkələri ilə bölüşmək və bir model olaraq tətbiq edilməsinə yardım etmək hazırlığını ifadə edib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL