waplog

Yapon şirkəti simmetrik dizayna malik smartfonunu təqdim edib


Yaponiya “Panasonic” şirkəti “Eluga Switch” adlı qeyri-adi qabaqcıl smartfon istifadəyə verib. Qurğu simmetrik dizayn və qabaqcıl akustik sistemə malikdir.
 
Qurğunun üst və aşağı hissələri oxşardır və xüsusi istifadəçi interfeysi sayəsində cihazın istənilən vəziyyətində telefonla danışmaq olar.
 
“ICTnews.az” saytı “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Panasonic Eluga Switch” 1,5 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 615” prosessoru, “Full HD” formatlı 5,5 düymlük “IPS” ekran, 13 və 8 meqapiksellik kamera, 2 QB əməli və 32 QB daxili yaddaş . Qurğuya “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Aparat 2910 milliamper/saat tutumunda akkumulyator batareyası və “4G LTE”, “3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1”, “GPS” və “NFC” simsiz rabitə kontrollerləri ilə təchiz edilib.
 
“Panasonic Eluga Switch” smartfonu Hindistanda nümayiş etdirilib və hələ ki yalnız orada satılacaq. Qiyməti təxminən 300 dollardır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL