waplog

2017-ci ildən tez fərdi kompüter bazarında vəziyyətin bərpası gözlənilmir


"IDC" analitik şirkəti dünya fərdi kompüter (FK) bazarı üzrə proqnozuna yenidən baxıb. Mütəxəssislər xəbərdarlıq edib ki, qlobal iqtisadiyyatda yaşanan çətinliklər, anbarlarda yığılıb qalmış kompüterlər, istehlakçı və korporativ istifadəçilərdə FK-i yeniləmək üçün stimulun olmaması səbəbindən sahədə eniş əvvəl gözlənildiyindən daha çox olacaq.

"ICTnews.az" saytı "dailycomm.ru" saytına istinadən xəbər verir ki, 2015-ci ildə FK tədarükünün həcmi 8,7 faiz azalacaq və 2016-cı ildə bu proses davam edəcək. "IDC"-nin əvvəlki proqnozuna əsasən, cari ildə 6,2 faiz səviyyəsində azalma gözlənilirdi.

Mütəxəssislər hesab edir ki, 2015-ci ildə ümumilikdə 164,4 milyon yığcam FK buraxılacaq ki, bu qurğuların 87,6 milyonu inkişaf etmiş bazarlara, 76,8 milyonu isə inkişaf etməkdə olan ölkələrə tədarük ediləcək. Analitiklər ABŞ, Qərbi Avropa, Yaponiya və Kanadanı birinci tip ölkələrə, Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla), Latın Amerikası, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrikanı ikinci tip ölkələrə aid edirlər.
Həmçinin gözləntilərə görə, 2015-ci ildə masaüstü FK-nin tədarük həcmi 117,2 milyon səviyyəsində olacaq.
Analitiklər göstəricilərin azalmasına imkan yaradan əlavə amillər arasında ABŞ dollarının möhkəmlənməsini səbəb kimi göstərib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL