waplog

Azərbaycanda İKT ədəbiyyat çeşidi genişlənir


Bu yaxınlaradək internetdən, ya da avadanlıqla birlikdə əldə etdiyiniz, ingilis dilində yazılmış, elektron formatda tərtib olunmuş müxtəlif soraq və məlumat kitabçalarının geniş çeşiddə təqdim edilməsinə baxmayaraq Azərbaycan dilində tələb olunan İT ədəbiyyat qıtlığı hiss edirdik.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, artıq bu sahədə irəliləyiş müşahidə olunmağa başlayıb. Belə ki,  “FreeBSD” istifadəçiləri üçün nəzərdə tutulmuş və çətin vəziyyətdən çıxmaqda kömək edə biləcək «FreeBSD — Praktik Həllər» kitabı işıq üzü görüb.
 
Kitabın müəllifi “ATL INFO TECH” şirkətinin İT departamentinin rəhbəri Camal Şahverdiyevdir. Müəllif kitabın sadəcə yeni “FreeBSD” istifadəçilərinə deyil, eləcə də peşəkarlara da çox faydalı olacağına ümid edir.
 
Kitabda müəllif addım-addım, bütün təfərrüatları ilə “FreeBSD” əməliyyat sisteminin tənzimləmə incəliklərindən danışır, firewall imkanlarını dərindən şərh edir, şəbəkə və əməliyyat sistemi ilə bağlı gündəlik xarakterli problemlərin həlletmə yollarını öyrədir. Rəngli çaplı, 624 səhifəlik «FreeBSD — Praktik Həllər» kitabının tirajı 500 ədəddir.
 
Kitabı əldə etmək üçün sifarişi “opensource.az” saytında yerləşdirmək və ya “request@opensource.az” ünvanına göndərmək yetərlidir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL