waplog

Nazir müavini: “Azərbaycanda İKT sahəsində də xarici şirkətlərə investisiya yatırmaq üçün geniş imkanlar yaradılıb”


“Azərbaycanda digər sahələrdə olduğu kimi, İKT sahəsində də xarici şirkətlərə investisiya yatırmaq üçün geniş imkanlar yaradılıb. Ölkədə əlverişli biznes mühiti mövcuddur”.
 
Bu fikirləri rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə söyləyib.
 
Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsində yer alan məlumata görə, ölkəmizin İKT imkanlarından danışan nazir müavini respublikamızda bu istiqamətdə böyük potensialın olmasını önə çəkib.
 
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini və bunun da sektorun inkişafına müsbət təsir etdiyini vurğulayan E.Vəlizadə qeyd edib ki, Azərbaycan bu gün İKT-nin inkişafı sahəsində böyük nailiyyətlər qazanıb.
 
“Azərbaycan hökuməti informasiya-kommunikasiya texnologiyalarını prioritet sahə elan edib. Bu sektorun daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir” – deyə E.Vəlizadə bildirib.
 
 
SEYMUR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL