waplog

Azərbaycan sahibkarları Sankt-Peterburq İnnovasiya Forumunda iştiraka dəvət edilir


Oktyabrın 7-9-da  Sankt-Peterburqda (Rusiya) 8-ci Beynəlxalq Sankt-Peterburq İnnovasiya Forumu keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin AZPROMO-nun rəsmi saytına istinadən verdiyi məlumata əsasən, tədbir “Rusiya Sənayeçisi” adlı sərgi ilə birgə keçiriləcək.
 
 Sərgidə müasir sənaye materialları və onların emalı, maşınqayırma, dəzgah istehsalı, metal emalı və robototexnika kimi bölmələr fəaliyyət göstərəcək.

Forumun iştirakçıları iri biznesin nümayəndələri, investorlar və mütəxəssislərlə görüşmək imkanı əldə edəcəklər.

Sankt-Peterburq şəhərinin Hökuməti Azərbaycan işgüzar dairələrini tədbirdə iştiraka dəvət edib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL