waplog

Müasir texnologiyalar nağd pulları əvəz edəcək


Böyük Britaniyanın “Lloyds Bank” bankı ölkənin 2 min yaşlı sakini arasında sorğu keçirərək onların alternativ ödəniş alətləri bazarında üstünlüklərini müəyyənləşdirib.

Rəyi soruşulanların əksəriyyəti plastik kartlara (63 faiz), eləcə də pul vəsaitlərinə (52 faiz) üstünlük verməkdə davam edir.

Bununla belə, Britaniya istehlakçılarının dörddə bir hissəsinin (27 faiz) fikrincə, on il ərzində onlar nağd pullardan imtina edərək daşınan qurğulardan, o cümlədən saat və qolbaqlardan istifadə etməklə ödənişləri həyata keçirəcək.

22 faiz hesab edir ki, ödənişin təsdiqi üçün barmaq izlərindən mütəmadi istifadə edəcək.

7 faiz əmindir ki, gələcəkdə bədənə mikroçipin quraşdırılması kifayət edəcək ki, bu da həm kağız pulu, həm plastik kartı, həm də autentifikasiya vasitələrini əvəz edə biləcək.

İstehlakçıların üçdə bir hissəsindən çoxunun (34 faiz) qənaətinə görə, yaxın beş ildə mobil qurğulardan gündəlik ödənişlər adi hala çevriləcək.

Britaniyalıların təxminən yarısı növbəti onillikdə kontaktsız ödənişlərdən gündəlik istifadəyə hazırlaşır, 43 faizi gələcəyi kontaktsız ödənişlərsiz təsəvvür etmir.

Bununla belə, onların təxminən yarısı (47 faiz) mobil ödənişlərin nə vaxtsa mal və xidmətlərin ödənişi üçün əsas ödəniş vasitəsi olacağını düşünmür. Bunu daha çox 45 və yuxarı yaş qrupunun nümayəndələri hesab edir.

Mobil ödənişlərdən imtinanın əsas səbəbi bu gün təhlükəsizlik məsələləri, telefon və POS-terminalların uyğun gəlməməsi və texnologiyanın iş prinsipi haqqında məlumatsızlıqdır, - "Payspacemagazine www.payspacemagazine.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL