waplog

İP TV xidmətindən kəndlərdə də istifadə edilməyə başlanılıb


Şamaxıda İP TV xidmətindən istifadə edənlərin sayı artmaqda davam edir.
 
Bu barədə məlumat verən Şamaxı TKQ-nin rəisi Faiq Hümbətov bildirib ki, artıq bu xidmətdən istifadə edən abunəçilərin sayı 50-yə çatıb.
 
F.Hümbətov əlavə edib ki, bu abunəçilərin bir hissəsi rayonun kəndlərində məskunlaşan sakinlərdir. Rabitə şəbəkəsinin NGN texnologiyası əsasında qurulması bu xidmətdən istifadə edənlərin sayının daha çox olacağını söyləməyə əsas verir.
 
Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın və videoinformasiyanın translyasiyası kabel və peyk teleyayımı ilə müqayisədə bir sıra texniki üstünlüklərə malikdir. Dayanıqlı əks-əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır.

Bundan başqa, İP mühitində işləyən qurğu, televizorun ekranına veb səhifələr, elektron poçt, videokonfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir.
 
RƏVAN
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL