waplog

“eMarketer”: Mobil reklam 2015-ci ildə rəqəmli reklam xərclərinin 50 faizini təşkil edəcək


2015-ci ildə ABŞ-da ümumi onlayn reklamda xərclərin yarısından çoxu (52,4 faiz) mobil reklamın payına düşəcək. Bu barədə “eMarketer” analitik agentliyinin yeni hesabatında deyilir.
 
Agentliyin qiymətləndirməsinə görə, cari ildə mobil reklam bazarının həcmi 59 faiz artaraq 30,45 milyard dollara çatacaq.
 
Mobil reklama xərclərin artması istehlakçıların tələbatı ilə əlaqədardır. "eMarketer”in qiymətləndirməsinə görə, yaşlı amerikalılar mobil qurğularda aktivliyə gündə 2 saat 51 dəqiqə sərf edirlər. Bu vaxtın yarısından çoxu və ya 1 saat 31 dəqiqəsi smartfonlarda sərf edilir.
 
Mobil reklamın formatının tədqiqi zamanı “eMarketer” analitikləri 2015-ci il üçün olan əvvəlki proqnoza düzəlişlər ediblər. Yeni proqnoza görə, media reklamı mobil reklam bazarında ən çox paya (51,1 faiz və ya 15,55 milyard dollar) sahib olmaqda davam edəcək.
 
Axtarış reklamı həcminə görə mobil reklamda ikinci böyük (44,7 faiz və ya 13,62 milyard dollar) paya sahibdir, - "Searchengines” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL