waplog

“Android” proqramları arasında hava proqnozu daha gəlirlidir


Hava proqnozu əlavələri “Android” əməliyyat sistemi üçün proqram yaradıcılarına daha çox pul gətirir.

“Research 2Guidance” tədqiqat şirkətinin hesabatına əsasən, "Hava" kateqoriyasından olan proqramlar gəlir həcminə görə “Android Market” mağazasında liderlik edir.

1 hava proqramından əldə olunan ümumi gəlir orta hesabla 21 min dollar təşkil edir, halbuki mağaza üzrə orta göstərici 2.4 min dollardır.

Gəlir həcminə görə ikinci və üçüncü yerləri "Biznes" və "İş" kateqoriyalarından olan proqramlar tuturlar.

Avqust ayına olan vəziyyətə əsasən, “Android Market” mağazasında 277 mindən çox proqram var.

Müqayisə üçün, “App Store”-da proqramların sayı 500 mini ötüb. “Research2Guidance” hesabatında bildirilir ki, “Android Market” mağazası artım sürətinə görə “App Store”-ni ötəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL