waplog

“Azərkosmos” müxtəlif çeşiddə xidmət təchizatı üzrə müqavilələr imzalayıb


“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti müxtəlif xidmətlərin satınalması üzrə beş müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Azərkosmos” ilə “Atəşgah” Sığorta Şirkəti arasında Tibbi sığorta xidmətləri üzrə 29 min 520 manat dəyərində  müqavilə imzalanıb. “Adasoft” şirkəti ilə peyk operatoru arasında çap avadanlıqlarının və kartriclərin tədarükü üzrə 39 min 884      manat dəyərində müqavilə imzalanıb.
 
“Easy Exhibit” şirkəti “Azərkosmos”a “IBC 2015” beynəlxalq sərgi və konfransı üçün 15 min 900 avro dəyərində stendi təşkil etmə xidməti göstərəcək.
 
 “BestcompGroup” şirkəti ilə imzalanan müqavilə 45 min 300 manata yaxın dəyərində  kompüter və kompüter avadanlıqlarının təchizatını nəzərdə tutur.
 
Bununla yanaşı,  “Azərkosmos” fərdi sahibkarla “Peyk televiziyasının marketinq və reklam siyasətinin yaradılmasına dair məsləhət xidmətləri” üzrə 14 min 36 manat dəyərində müqaviləyə imza atıb.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL