waplog

“Rolls-Royce” ilk dəfə olaraq yeni modelini onlayn formada təqdim edəcək


Bu gün “Rolls-Royce” şirkəti tarixində ilk dəfə olaraq yeni avtomobil modelinin təqdimatını hər hansı sərgidə və ya avtosalonda deyil, onlayn formatda həyata keçirəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni “Rolls-Royce Dawn” kabriolet modeli dünya media nümayəndələrinə canlı olaraq bu gün Bakı vaxtilə saat 18:00-da təqdim olunacaq.
 
20 dəqiqə davam edəcək və “Rolls-Royce”un evi sayılan Qudvuddan yüksək keyfiyyətli formatda canlı yayımlanacaq təqdimat ərzində media nümayəndələri şirkətin baş icraçı direktoru Torsten Müller-Otvosa yazılı şəkildə suallarını ünvanlaya biləcəklər.
 
Təqdimat mərasimini canlı olaraq izləmək və Torsten Müller-Otvosa olan suallarınızı (ingilis dilində) öncədən göndərmək üçün bu  linkdən istifadə etmək olar:
 
Səhifəyə giriş əldə etmək üçün “oycdnalrwsleor” şifrini daxil etmək lazımdır.



Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL