waplog

10 nüvəli prosessorla təchiz edilmiş smartfon təqdim edilib


«Geekbuying.com» saytında 10 nüvəli mobil «Mediatek» prosessoru ilə təchiz edilmiş «Elephone P9000» smartfonunun sifariş səhifəsi yaradılıb.
 
 
«Elephone P9000» smartfonu «Full HD» (1920 × 1080 nöqtə) formatlı 5,5 düymlük ekrana malikdir; piksellərin sıxlığı təxminən 400 ppi təşkil edir. Aparat 4 QB əməli yaddaş və 32 QB-lıq  fləş modulla təchiz edilib, sonuncunun tutumunu «microSD» kartın hesabına 128 QB-dək artırmaq olar.
 
 
Smartfon 16 meqapiksellik əsas kamera və videotelefoniya üçün 13 meqapiksellik ön kamera ilə təchiz edilib.
 
 
Bundan başqa, aparat «Wi-Fi 802.11b/g/n» və «Bluetooth 4.0» adapterləri, «GPS» qəbuledicisi, standart sensorlar dəsti və 3100 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.  «Android 5.1» mobil əməliyyat sistemi quraşdırılıb.
 
 
«Geekbuying.com» saytında Elephone yerləşdirilmiş «P9000» qurğusunun qiyməti 330 ABŞ dolları təşkil edir.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL