waplog

«Rapsberry Pi» mikrokompüterləri üçün sensor ekran əlçatandır


«Raspberry Pi» fondu «Rapsberry Pi» mikrokompüterləri üçün sensor ekran təqdim edib. 7 düymlük ekran 800x480 piksel təsvir ölçüsünə malikdir və təşkilatın saytında 48 funt-sterlinqə sifariş etmək olar.
 
«ICTnews.az» «nplus1.ru»-ya istinadən bildirir ki, sensor ekran eyni anda 10 toxunuşu dəstəkləyir və «Raspbian OS»-un növbəti versiyasına virtual klaviatura quraşdırılacaq.  Beləliklə, sensor ekrana malik «Raspberry Pi»ni planşet kompüteri kimi istifadə etmək olar.
 
Qeyd edək ki, qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan “Raspberry Pi” - birplatalı kompüter olmaqla 700 MHs tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835”  çip üzərində sistem” (SoC) ilə yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin bağlanması üçün 3,5 mm çıxışla təchiz edilib.
 
Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb.

 
Emil Hüseynov
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL