waplog

«iPad Pro» planşeti təqdim edildi


«Apple» şirkəti böyüdülmüş ekrana malik «iPad Pro» planşetini təqdim edib.
 
 
«ICTnews.az» «lenta.ru» saytına istinadən yazır ki, «iPad Pro» qurğusunda ekranın diaqonalı 12,9 düym təşkil edir. Yeni cihaz «A9X» prosessoru ilə təchiz edilib.
 
Bu prosessorun məhsuldarlığı «iPad Air 2» ilə müqayisədə 1,8 dəfə, 2010-cu ildə buraxılmış birinci nəsil «iPad» ilə müqayisədə isə 22 dəfə daha güclüdür. Həmçinin «iPad Air 2» ilə müqayisədə qrafikanın emalı 2 dəfə artıb.
 
 
«iPad Pro» planşetinə 4 dinamik quraşdırılıb. Yeni qurğu «iPad Air 2» ilə müqayisədə 0,8 mm qalındır. 12,9 düymlük ekrana malik planşetin çəkisi təxminən 712 qram təşkil edir və avtonom iş vaxtı 10 saatdır.
 
 
«iPad Pro» ilə yanaşı planşet üçün iki aksessuar təqdim edilib:  stilus və klaviatura.
 
 
İstifadəçi məlumatlarının yadda saxlanılması üçün minimal yaddaş tutumu 32 QB, maksimum 128 QB . Modeldən asılı olaraq «iPad Pro» planşetinin dəyəri 799-dan 1079 dollaradək dəyişir. «Pencil» stilusu 99 dollara, «Smart Keyboard» klaviaturası 169 dollara satılacaq.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL