waplog

Oktyabrın sonunda «Apple TV»-nin satışına başlanılacaq


«Apple» korporasiyası növbəti nəsil «Apple TV» televiziya əlavəsini təqdim edib.
 
"Hesab edirik ki, televiziyanın gələcəyi əlavələrlə bağlıdır" - təqdimat zamanı şirkətin direktoru Tim Kuk deyib.
 
 
«ICTnews.az» saytı «bbc.com.uk» resursuna istinadən yazır ki, indi şirkətin smartfonlarına quraşdırılmış «Siri» səs köməkçisi yeni «Apple TV»-yə inteqrasiya ediləcək.
 
 
Yeni pult barmağın hərəkət sürətinə reaksiya verən sensorla təchiz ediləcək.
 
 
Film izlədikdə «Siri»dən qəhrəmanın indi nə dediyini soruşmaq olacaq və səs köməkçisi videonu geri çevirəcək. Həmçinin müəyyən aktyorun iştirakı ilə olan filmləri tapmağı xahiş etmək olar və səs köməkçisi variantlar təklif edəcək.
 
 
Həmçinin film izlədikdə səsli komandanın köməyi ilə « Siri»dən hava temperaturunu soruşmaq olar.
 
 
«Apple TV» «iOS»-un dəyişdirilmiş versiyası olan «tvOS» əməliyyat sistemi ilə işləyir.
 
 
Oktyabrın sonunda «Apple TV»-nin satışına başlanılacaq. 32 QB-lıq yaddaşla təchiz edilmiş modelin dəyəri 149 dollar, 64 QB-lıq isə 199 dollar təşkil edəcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL