waplog

“Dell” Çin bazarına 125 milyard dollar yatıracaq


Kompüter istehsalçısı “Dell” Çində biznesini genişləndirəcəyini açıqlayıb. Bu bazarda şirkət on milyardlara dollar investisiya qoymaq, tədqiqatçılar qrupunu çoxaltmaq və İT laboratoriya açmaq niyyətindədir.
 
“Dell” təsisçisi və baş direktoru Maykl Dellin bildirdiyinə görə, yaxın beş ildə şirkət Çinə 125 milyard dollar investisiya yatırmağı planlaşdırır. Bunun sayəsində istehsalçı idxal və ixrac hesabına 175 milyon dollar gəlir əldə etmək və ölkədə 1 milyondan çox iş yerini saxlamaq istəyir.
 
“İnternet Çin iqtisadiyyatının gələcək artımının yeni hərəkətverici qüvvəsi olmaqla qeyri-məhdud potensiala malikdir”, - M.Dell qeyd edib.
 
Şirkət ölkədə investisiya fəaliyyəti çərçivəsində Çin Elmlər Akademiyası (Chinese Academy of Sciences) ilə birlikdə süni intellekt sahəsində qabaqcıl texnologiyaların hazırlanması ilə məşğul olacaq elmi-tədqiqat laboratoriyası yaradacaq. Laboratoriyaya hazırda “Dell”də Çində biznesin strateji inkişafı üzrə direktoru vəzifəsini tutan Mayk Lyu rəhbərlik edəcək.
 
Bundan başqa, ABŞ şirkəti “Kingsoft” proqram tərtibatı istehsalçısı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Tərəfdaşlar birgə səylərlə iritutumlu məlumatlar və “bulud” texnologiyaları ilə əlaqədar məhsullar hazırlayacaq və inkişaf etdirəcək.
 
Hazırda şirkətin Çində çalışan əməkdaşlarının sayı 8 min nəfərə yaxındır. Çin “Dell” üçün böyüklüyünə görə ikinci xarici bazar hesab edilir, - "DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL