waplog

«Samsung» şirkəti ucuz «Galaxy J2» “4G” smartfonunu təqdim edib


«Samsung Electronics» korporasiyası yeni «4G» smartfonunu təqdim edib.
 
 
«Galaxy J2» modeli 1,3 QHs takt tezlikli dördnüvəli «Exynos 3475» prosessoru ilə təchiz edilib və «Android 5.1 Lollipop» mobil əməliyyat sistemilə işləyir. Yeni qurğu ucuz telefon kateqoriyasına aid olsa da, bahalı ekranlara məxsus «Super AMOLED» ekranı ilə təchiz edilib. 4,7 düym diaqonallı ekranın təsvir ölçüsü 960x540 pikseldir.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq  1 və 8 QB təşkil edir.
 
 
Yeni smartfon, həmçinin 5 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralarla, «4G LTE», «3G HSPA+», «Wi-Fi 802.11 b/g/n», «Bluetooth 4.1» və «GPS» simsiz rabitə modulları, «FM» radioqəbuledicisi, «SIM» kartlar üçün iki slot və 2000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
 
 
 
«Samsung Galaxy J2» qurğusu 2015-ci ilin sentyabrında satışa çıxarılacaq. Dəyəri təxminən 128 dollardır.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL