waplog

Bakıda bloggerlərlə görüş keçiriləcək


Sentyabrın 17-də tanınmış tarixçi, “Bakı sirləri” silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovun Azərbaycan bloggerləri ilə görüşü baş tutacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sözügedən görüş “Glenfiddich” brendinin ailə dəyərlərinin nümayiş etdirilməsinə yönələn “Family Run by Glenfiddich” layihəsi çərçivəsində keçiriləcək.
 
 
Fuad Axundov layihəyə ailə biznesini davam etdirən, həmçinin ailə ənənələrinə əməl edən bir sıra görkəmli nəsil nümayəndələrini cəlb edəcək. İlk görüşə qonaq qismində Azərbaycanın tanınmış neft sənayeçiləri nəsillərindən birinin davamçısı olan Ramiz Aşurbəyov dəvət olunub.
 
“Aşurbəyovlar – neft sənayesinin görkəmli simalarının mənsub olduğu zadəgan nəslidir. Nəslin nümayəndələri müxtəlif peşə sahibləri olublar: mülkədar, sahibkar, mesenat, elm xadimi və s. Aşurbəyovlar haqqında 2 verilişin müəllifiyəm və onların malikanəsinə çoxsaylı ekskursiyalar təşkil etmişəm”, - deyə görüşün iştirakçılarına adıçəkilən soyun zəngin tarixi, keçmişi və hazırkı durumu haqqında danışan Fuad Axundov bildirib.
 
 
Qeyd edək ki, layihənin növbəti qonağı Azərbaycanın görkəmli Həsənovlar və Səfərəliyevlər soylarının nümayəndələri olacaq.
 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL