waplog

“NASA” “Ultra HD” formatında telekanal istifadəyə verəcək


ABŞ Kosmik Agentliyi (NASA) və "Harmonic” şirkəti “Ultra HD” formatında yayımlanacaq telekanalın işə salınması ilə bağlı planlarını açıqlayıb. “NASA TV UHD” telekanalı müxtəlif platformalarda translyasiya üçün “4K” kontent təqdim edəcək.
 
Kanalın proqramlarının hazırlanmasında Beynəlxalq Kosmik Stansiyadan və “NASA”-nın digər hazırkı missiyalarından çəkilən yüksəkkeyfiyyətli təsvirlərdən istifadə nəzərdə tutulur. Bundan başqa, əvvəlki missiyalar zamanı kosmosun gözəlliyini tərənnüm edən çəkilişlərin seçilmiş fraqmentlərindən istifadə ediləcək.  
 
“NASA TV UHD” kanalının proqramlarını yayacaq tərəfdaş şirkətlərin adı açıqlanmasa da, “Harmonic” şirkətinin kanaldan peykdə, eləcə də kabel və optik şəbəkələrdə istifadəsi üçün ödənişli televiziya platformalarının provayderləri ilə danışıqlar aparması məlumdur.
 
Kanalın noyabrın 1-də yayıma başlaması planlaşdırılır, - "Mediasat yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL