waplog

2016-cı ildə dünyada satılacaq smartfonların 50 faizindən çoxu «NFC» texnologiyasını dəstəkləyəcək


«Yonhap News» agentliyi «Strategy Analytics» analitik şirkətinin məlumatlarına istinadən yazır ki, növbəti il satışa çıxarılacaq bütün smartfonların 50 faizindən çoxu mobil ödənişləri həyata keçirməyə imkan verən «NFC» simsiz rabitə texnologiyasını dəstəkləyəcək.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna əsasən, 2016-cı ildə satılacaq bütün smartfonlar arasında «NFC» aparatların bazar payı 52,4 faizə yaxınlaşacaq. 2015-ci ildə bu göstərici 39,8 faiz olub.
 
 
Gələcəkdə bu texnologiyanın tətbiqi yalnız artacaq və 2020-ci ildə yeni smartfonların 71,8 faizində «NFC texnologiyasının köməyi ilə kontaktsız ödəniş funksiyası mövcud olacaq.
 
 
«Apple Pay» və «Android Pay» daxil olmaqla bir çox ödəmə xidmətlərinin işi «NFC» texnologiyasına əsaslanır. Həmçinin «Samsung Pay» sistemi bu texnologiyanı dəstəkləyir, ancaq «Samsung» xidməti əlavə olaraq,  həmçinin «MST» («magnetic secure transmission») texnologiyasını dəstəkləyir. Sonuncu texnologiyanın köməyi ilə mobil ödəniş maqnit zolağına malik kredit kartları ilə işləyən adi terminallar vasitəsilə qəbul edilə bilər.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL