waplog

Hindistanın baş naziri Tim Kukla görüşəcək


«The Economic Times» nəşri yazır ki, Hindistanın baş naziri Narendra Modi Silikon vadisinə səfəri çərçivəsində «Apple»ın baş direktoru Tim Kukla görüşəcək.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, «Apple» korporasiyası bu məlumatı təsdiqləyib, amma söhbətin əsas mövzusunu açıqlamayıb. Bununla belə, Hindistanın baş nazirinin «Apple»ın direktoruna hansı məsələ ilə bağlı müraciət edəcəyi məlumdur. Modi «Apple» rəhbərinə Hindistanın layihə, tədqiqat və işləmələrinə sərmayə qoymağı təklif etməyə hazırlaşır.
 
 
«Apple» əvvəllər Hindistan bazarına önəm vermirdi, indi şirkət Hindistan seqmentinin vacibliyini dərk edir. Həmçinin şirkət Hindistan ərazisində satılan qurğuların çeşidini genişləndirməyi planlaşdırır.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL