waplog

Rusiya Azərbaycanda olmayan kitabların elektron versiyalarını Azərbaycan Milli Kitabxanasına təqdim edib


"Bu gün müasir texnologiyaların sayəsində biz Azərbaycan Milli Kitabxanasında olmayan bu kitabların elektron versiyalarını sizlərə təqdim edə bilirik. Bu siyahıya əlyazmalar, xəritələr, dərsliklər, müəllif əsərləri daxildir".
 
Rusiya Milli Kitabxanasının (RMK) direktoru Anton Vladimiroviç Lixomanov bu fikri IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında (AMK) keçirilən təqdimatda bildirib. Kitabxanadan bildirilib ki, RMK direktoru Rusiya Milli Kitabxanasında qorunan Azərbaycan dilində ərəb qrafikasında olan kitablardan ibarət 6 diski Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.
 
Onun sözlərinə görə, RMK-da Azərbaycan dilində çoxsaylı kitablar var. Onların 1000-dən çox nüsxəsi 1917-ci ildən əvvəl, çar Rusiyası zamanında kitabxanaya daxil olub.
 
 
Qeyd edək ki, "Azərbaycan inciləri dünya kitabxanalarında" adlı sərginin təqdimatında Rusiya Milli Kitabxanasının fondlarındakı ölkəmizə dair materialların və Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının elektron versiyası Milli Kitabxanaya təqdim edilib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL